"Walmart" qiymətləri bahalaşdırmağı düşünür | Banco.az

"Walmart" qiymətləri bahalaşdırmağı düşünür

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın pərakəndə satış şəbəkəsi “Walmart” bəyan edib ki, yüksək gömrük rüsumları səbəbindən qiymətləri arta bilər.

Banco.az xəbər verir ki, “Walmart” 30 aprel 2025-ci ildə başa çatan və 2026-cı maliyyə ilinin birinci rübü kimi adlandırdığı üç aylıq dövrə dair maliyyə hesabatını yayımlayıb.

Buna əsasən, şirkətin gəliri həmin dövrdə illik müqayisədə 2,5% artaraq 165,6 milyard dollara çatıb. “Walmart” 2025-ci maliyyə ilinin birinci rübündə 161,5 milyard dollar gəlir əldə etmişdi.

Eyni dövrdə “Walmart”ın hər səhmə düşən xalis mənfəəti də 1,7% artaraq 61 sentə yüksəlib.

Şirkətin gəliri gözləniləndən aşağı  da, mənfəəti proqnozları üstələyib.

“Walmart”ın Maliyyə Direktoru (CFO) Con Devid Reyni şirkətin maliyyə nəticələrinin açıqlanmasının ardından CNBC kanalına açıqlama verib.

Reyni Çindən edilən idxala tətbiq olunan gömrük rüsumlarının əldə olunan razılaşma nəticəsində 90 gün müddətinə 30%-ə endirilməsinə baxmayaraq, bu rüsumların hələ də çox yüksək olduğunu bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram