"Volkswagen" dizel qalmaqalından sonra ikinci dəfə elektrikli avtomobillərə üz tutur | Banco.az

"Volkswagen" dizel qalmaqalından sonra ikinci dəfə elektrikli avtomobillərə üz tutur

Müəllif: Tamara Mustafayeva, Banco.az

"Volkswagen" dizel qalmaqalından sonra ikinci dəfə elektrikli avtomobillərə üz tutur.

Banco.az xəbər verir ki, "Volkswagen" 2015-ci ildəki dizel qalmaqalından sonra ekoloji imicini yenidən qurmaq üçün elektrikli avtomobillərə üz tutub. Şirkət 2021-ci ilin martında 2025-ci ilə qədər "Tesla"dan daha çox elektrikli avtomobil satmağı hədəflədiyini açıqlamışdı.

Lakin ilk modellər problemlı proqram təminatı və Avropada zəif istehlakçı marağı səbəbilə uğursuz oldu. Çində isə "Volkswagen"in rəqabətədavamlı modelləri bazara çox gec çıxdığı üçün bazar yerli istehsalçıların nəzarətinə keçib. ABŞ-da da alıcıların "Volkswagen"in elektrikli avtomobillərinə marağı aşağı səviyyədə qalıb.

Alman nəhənginin “təmiz dizel” kampaniyası ilə satdığı milyonlarla avtomobilin egzoz emissiya testlərini aldatmaq üçün xüsusi proqram təminatı ilə təchiz edildiyi ortaya çıxmış, bu səbəbdən ABŞ hökuməti sərt xəbərdarlıq etmişdi. Şirkət bu hadisəyə görə 32 milyard avro cərimə, hüquqi xərclər və geri çağırma məsrəfi ilə üzləşmiş, brendin nüfuzu isə ölçülməz dərəcədə zərər görmüşdü.

İndi "Volkswagen" bir daha istiqamətini dəyişməyə çalışır. Üç il əvvəl vəzifəyə gələn CEO Oliver Blum şirkətin məhsullarını inkişaf etdirmək üçün proqram təminatı və elektrikli avtomobil startapları ilə tərəfdaşlıqlar qurub. Şirkət, həmçinin sentyabr ayında yeni nəsil elektrikli avtomobillərinin ilkini təqdim etməyi planlaşdırır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram