Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfəyədək artıb | Banco.az

Azərbaycan BOKT-larının xalis mənfəəti 3 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycandakı bank olmayan kredit təşkilatları (BOKT) 2026-cı ilin yanvar-sentyabr aylarında 153,4 milyon manat xalis mənfəət əldə ediblər. 

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, illik müqayisədə 93,1 milyon manat və ya 2.5 dəfə çoxdur. 

Məlumata görə, bu ilin 1 oktyabr tarixinə BOKT-ların aktivləri 1 milyard 558.7 milyon manat olub. Bu da illik müqayisədə 49.3% çoxdur.

Qeyd edək ki, hesabat dövrü ərzində BOKT-ların öhdəlikləri 56,9% artaraq 852,8 milyon manata, balans kapitalı isə 41% artaraq 705,9 milyon manata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram