Müəllif: Tamara Mustafayeva, Banco.az
“UBS” illik qızıl hədəfini 3200 dollara yüksəldib.
Banco.az xəbər verir ki, “UBS” uzunmüddətli qlobal ticarət müharibəsi ehtimalının artması fonunda qızıl üçün qiymət proqnozunu artıran son bank olub.
Aralarında Ueyn Qordon və Giovanni Staunovonun da olduğu analitiklər bazar ertəsi yayımladıqları qeyddə qızılın qarşıdakı dörd rübdə unsiyası 3 200 dollardan ticarət olunacağını proqnozlaşdırıblar.
Analitiklər bankanın uzun müddətdir qoruduğu 3 000 dollarlıq proqnozun yuxarı yönlü yeniləndiyini və artan ticarət münaqişəsinin qeyri-müəyyən dövrlərdə qızılın dəyər saxlama vasitəsi kimi rolunu vurğuladığını bildiriblər.
Banka görə, ABŞ Prezidenti Donald Trampın 2 aprel tarixində qüvvəyə minəcək tarifləri bazarlarda təhlükəsiz liman tələbini daha da artıracaq.
Qızıl cümə günü ilk dəfə 3 000 dollarlıq əhəmiyyətli psixoloji həddi aşmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!