Müəllif: Tamara Mustafayeva, Banco.az
LSEG məlumatlarına görə, Türkiyənin Rusiyadan Ural markalı xam neft idxalı bu ay rekord həddə çatacaq.
Banco.az xəbər verir ki, LSEG məlumatlarına görə, Türkiyənin Rusiyanın Ural xam neft idxalı noyabr ayında ötən ayki 1,4 milyon tonu keçərək 2022-ci ilin oktyabr ayında qeydə alınan və bu vaxta qədərki pik hədd sayılan 1,43 milyon tonu üstələyəcəyi gözlənilir.
LSEG məlumatlarına görə, noyabrın 1-dən 15-dək Rusiya limanlarından Türkiyə limanlarına göndərilmək üçün gündə 800 min tondan çox Ural nefti yüklənib. Bununla da, Ural neft idxalı oktyabrın eyni dövrü ilə müqayisədə 200 min artım göstərib.
Xatırladaq ki, “STAR” neft emalı zavodunun Rusiyanın Lukoil şirkəti ilə Ural xam neftinin alışı üçün imzaladığı razılaşmadan sonra Türkiyə daha ucuz rus nefti idxal etməyə başlayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!