Azərbaycanda 10 ayda kənd təsərrüfatı məhsulu istehsalı 13 mlrd. manatı ötüb | Banco.az

Azərbaycanda 10 ayda kənd təsərrüfatı məhsulu istehsalı 13 mlrd. manatı ötüb

Bu ilin yanvar-oktyabr aylarında ölkədə faktiki qiymətlərlə 13 123,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, istehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.

    Heyvandarlıq məhsullarının istehsalı 1,6 faiz, bitkiçilik məhsullarının istehsalı isə 1,2 faiz çoxalıb. Məhsulun 50,2 faizi bitkiçiliyin, 49,8 faizi heyvandarlığın payına düşür.

    Yanvar-sentyabr dövründəki 1,1 faizlik göstərici sentyabr ayının sonuna 1,4 faizə yüksəlib. Bitkiçilik sahəsində artım tempi 0,5 faizdən 1,2 faizə çatıb, heyvandarlıq sahəsində isə 1,9 faizdən 1,6 faizə enib.

    apa