“AS-Təmir Tikinti” MMC respublika üzrə 11 modul tipli məktəb binasının quraşdırılması üzrə məsul şirkət olmuşdur.
Banco.az xəbər verir ki,Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi yeni modul tipli məktəblərin tikilməsi məqsədi ilə dövlət satınalması keçirmişdir. Satınalmanın ehtimal olunan qiyməti 6 mln 743 min manat olmuşdur. Satınalmanın qalibi “AS-Təmir Tikinti” MMC olmuşdur.
Bildirək ki, Cəmiyyət 2017-ci ildən fəaliyyət göstərir və 2024-cü ildə Ağdamda 90 mln manata yaşayış binalarının tikintisini də həyata keçirmişdir.
