Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyədə ötən ay xarici ticarət kəsirində əsaslı azalma qeydə alınıb.
Banco.az xəbər verir ki, Türkiyə Ticarət Nazirliyinin aparıcı məlumatlarına görə, xarici ticarət kəsiri yanvarda 57 faiz azalaraq 6,2 milyard dollar olub.
Bu barədə ticarət naziri Ömər Bolat məlumat verib.
Onun sözlərinə görə Türkiyə bu dövrdə tarixinin ən yüksək ixrac rekorduna imza atıb.
Belə ki, yanvar ayında ölkənin ixracatı ötən ilin eyni ayına görə 3,6 faiz artaraq 20 milyard 28 milyon dollara çatıb. İdxal isə 22 faiz azalaraq 26 milyard 201 milyon dollara hesablanıb.
Bizi sosial şəbəkələrdən izləyin!!