Müəllif: Tamara Mustafayeva, Banco.az
TÜİK-in məlumatlarına görə, Türkiyədə işsizlik nisbəti aprel ayında əvvəlki aya görə 0,6 bənd artaraq 8,6 faizə çatıb.
Banco.az xəbər verir ki, Əhalinin İşçi Qüvvəsi Araşdırmasının nəticələrinə görə, 15 və yuxarı yaşlı şəxslər arasında işsizlərin sayı 2025-ci ilin aprel ayında əvvəlki ayla müqayisədə 203 min nəfər artaraq 3 milyon 63 min nəfərə çatıb. İşsizlik səviyyəsi 0,6 faiz bəndi artaraq 8,6 faiz olub. İşsizlik səviyyəsi kişilər arasında 7,1 faiz, qadınlar arasında isə 11,5 faiz olaraq qiymətləndirilib.
Əmək fəaliyyəti ilə məşğul olanların sayı 2025-ci ilin aprel ayında əvvəlki ayla müqayisədə 316 min nəfər azalaraq 32 milyon 359 min nəfər olub. Əmək məşğulluğu səviyyəsi isə 0,5 faiz bəndi azalaraq 48,8 faizə düşüb. Bu göstərici kişilər arasında 65,8 faiz, qadınlar arasında isə 32,2 faiz təşkil edib.
Əmək bazarında iştirak səviyyəsi azalıb
İşçi qüvvəsinin ümumi sayı 2025-ci ilin aprel ayında əvvəlki ayla müqayisədə 114 min nəfər azalaraq 35 milyon 421 min nəfər olub. Əmək bazarında iştirak səviyyəsi isə 0,2 faiz bəndi azalaraq 53,4 faiz olub. Bu göstərici kişilər üçün 70,9 faiz, qadınlar üçün isə 36,4 faiz təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!