Müəllif: Tamara Mustafayeva, Banco.az
Türiyədə iki aydan sonra yenidən cari kəsir yaranıb.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatlarına görə, cari əməliyyatlar balansı noyabr ayında 2,72 milyard dollar kəsir verib.
“Bloomberg” nəşrinin sorğusunda iştirak edən iqtisadçıların proqnozları cari əməliyyatlar kəsirinin noyabrda 1,7 milyard dollar olacağı istiqamətində idi.
Sözügedən dövrdə illik hesablanmış cari kəsir isə 49,62 milyard dollar olub.
Qeyd edək ki, noyabr ayında əsas balans olaraq izlənilən qızıl və enerji istisna edilməklə cari balans 2,15 milyard dollar müsbət saldo verib. Tədiyyə balansında xarici ticarət kəsiri isə 4,41 milyard dollar təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!