Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycanda 2026-cı ilin yanvar-sentyabr aylarında mədənçıxarma sənayesində istehsal olunmuş qiymətli metal filizlərinin 2 281 kiloqramı qızılın, 2 813,8 kiloqramı isə gümüşün payına düşüb.
Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Qeyd edilib ki, qızıl istehsalı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 2,9%, gümüş istehsalı isə 5,7% azalıb.
Oktyabrın 1-nə olan vəziyyətə əsasən, ölkədə 251,5 kiloqram hazır qızıl, 706,1 kiloqram hazır gümüş ehtiyatı var.
Bizi sosial şəbəkələrdən izləyin!!
