Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Zərbxanasının 2026-cı maliyyə ilində satışları 1 milyard dolları ötüb. Son 20 ildən çox müddət ərzində qeydə alınan ən yüksək göstəricinin Donald Trampın təsviri olan xatirə sikkəsinə güclü tələbatla əlaqəli olduğu bildirilir.
Banco.az xəbər verir ki, ABŞ Maliyyə Nazirliyi bu barədə sosial şəbəkədə açıqlama yayıb.
Məlumata görə, ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə sentyabr ayında 1 dollarlıq xatirə sikkəsi təqdim edilib. Sikkənin üz tərəfində Prezident Donald Trampın portreti, arxa tərəfində isə prezident möhürü təsvir olunub.
Kolleksiyaçılar və digər alıcılar sikkələri müxtəlif formatlarda əldə edə bilərlər. Belə ki, 25 sikkədən ibarət rulon 61 dollara, 100 sikkədən ibarət paket isə 154,50 dollara təklif olunur.
ABŞ Maliyyə Nazirliyi satışların 1 milyard dolları keçməsini zərbxananın son iki onillikdən artıq müddətdə qeydə aldığı rekord göstərici kimi təqdim edib.
