Müəllif: Tamara Mustafayeva, Banco.az
Oktyabr ayı ərzində Türkiyədə real effektiv məzənnə artıb.
Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) məlumatlarına görə, oktyabr ayında istehlakçı qiymət indeksi (CPI) əsaslı real effektiv məzənnə 55,90 səviyyəsinə yüksəlib.
İstehsalçı qiymət indeksi (PPI) əsaslı real effektiv məzənnə isə sözügedən dövrdə 89,03 səviyyəsinə enib.
Qeyd edək ki, sentyabr ayında PPI əsasında məzənnə 89,55 səviyyəsində idi.
Bizi sosial şəbəkələrdən izləyin!!