“Turanbank”ın departament direktoru işdən çıxıb | Banco.az

“Turanbank”ın departament direktoru işdən çıxıb

“Turanbank” ASC-nin Kreditlərə nəzarət Departamentinin direktoru Zaur Əliyev işdən çıxıb.

Hazırda onu müvəqqəti olaraq adı çəkilən Departamentin direktor müavini İlyas Qocayev əvəz edir.

Xatırladaq ki, "Turanbank" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 55,004 mln. manatdır. Bankın səhmlərinin 28,4%-i 6 hüquqi şəxsə, 71,6%-i isə 21 fiziki şəxsə məxsusdur.  

Mənbə: Report.az