Trampın yük maşını sürücülərindən ingiliscə danışmağı tələb edən fərmanı qüvvəyə mindi | Banco.az

Trampın yük maşını sürücülərindən ingiliscə danışmağı tələb edən fərmanı qüvvəyə mindi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-ın Nəqliyyat Katibi Şon Daffi prezident Donald Trampın ölkədə kommersiya daşımaları həyata keçirən yük maşını sürücülərinin ingilis dilini bilməsini tələb edən fərmanını həyata keçirən sərəncam imzalayıb.

Banco.az xəbər verir ki, mövzu ilə bağlı ABŞ Nəqliyyat Nazirliyi yazılı açıqlama verib.

Trampın ingilis dilini bilməyən kommersiya yük maşını sürücülərinin işdən çıxarılmasını şərtləndirən sərəncamı ilə bağlı əmri imzalayan dövlət katibi Daffinin də yer aldığı bildirilən açıqlamada bu ifadələr yer alıb: "Birinci olaraq Amerika təhlükəsizlik deməkdir. Amerikalılar yol nişanlarımızı anlayıb şərh edə bilən yük maşını sürücüləri ilə yollarda daha təhlükəsizdirlər".

Digər tərəfdən, Tramp administrasiyasının bu addımı bu yeni təcrübənin müxtəlif etnik mənşəli insanlara qarşı “qisas və ya ayrı-seçkilik” məqsədləri üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Aprel ayında imzalanmış icra sərəncamı keçmiş prezident Barak Obama dövründə qüvvədə olan və ingilis dilini bilməyən kommersiya sürücülərinin işdən çıxarılmasının qarşısını alan təcrübəni ləğv etdi.

Qeyd edək ki, Tramp fevral ayında ABŞ tarixində ilk dəfə ingilis dilini ölkənin rəsmi dili elan edən fərman imzalayıb.