Tramp texnologiya liderlərinə elm və innovasiya medalları təqdim edəcək | Banco.az

Tramp texnologiya liderlərinə elm və innovasiya medalları təqdim edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp elm və texnoloji innovasiyalara töhfələrinə görə bir sıra texnologiya liderlərinə dövlət medalları təqdim edəcək.

Banco.az xəbər verir ki, Ağ Evin məlumatına görə, İlon Mask, Nvidia-nın baş direktoru Jensen Huang, Alphabet-in həmtəsisçisi Sergey Brin və AMD-nin baş direktoru Lisa Su Milli Elm Medalına layiq görülüblər.

Bundan əlavə, Dell Technologies-in təsisçisi Michael Dell və Microsoft-un baş direktoru Satya Nadella Milli Texnologiya və İnnovasiya Medalı ilə təltif olunacaqlar.

Mükafatlandırma mərasimi Tramp administrasiyasının texnologiya sektoru ilə əməkdaşlığı və süni intellekt sahəsində siyasət müzakirələrinin davam etdiyi bir vaxtda keçiriləcək.

Tramp süni intellekt sahəsində daha sərt federal tənzimləmələrdənsə, könüllü qaydalar və özünütənzimləmə mexanizmlərinə üstünlük verdiyini bildirib.

Tədbir çərçivəsində ABŞ-da STEM təhsil proqramlarına 100 milyon dollardan çox maliyyə ayrılması və “National Compute” tərəfindən elmi tədqiqatlar üçün 100 milyon dollar dəyərində hesablama gücü kreditlərinin təqdim edilməsi ilə bağlı açıqlamaların verilməsi də gözlənilir.