Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11 % artıb | Banco.az

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 11 % artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 14 milyard 688,6 milyon manat investisiya yönəldilib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 10,9 % çoxdur.

O cümlədən, son 1 ildə qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 3,1 % artaraq 9 milyard 813,4 milyon manat təşkil edib.