Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb | Banco.az

Azərbaycanın xarici dövlət borcu 8 %-ə yaxın azalıb

Bu il oktyabrın 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 509,5 milyon ABŞ dolları təşkil edib.

Banco.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il oktyabrın 1-nə nisbətən 7,8 % azdır.

Təkcə sentyabrda ölkənin xarici dövlət borcu 50 milyon ABŞ dolları azalıb.

Ötən il ölkənin xarici dövlət borcu 6,7 % azalaraq 4 milyard 813,5 milyon ABŞ dollara (8 milyard 183 milyon manata) düşüb.