Tramp: Nobeli almasam, mükafatın nüfuzu zərər görəcək | Banco.az

Tramp: Nobeli almasam, mükafatın nüfuzu zərər görəcək

Müəllif:Mehin Qasımova,Banco.az 

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməli olduğunu bildirib və mükafatı almadığı təqdirdə Nobel mükafatlarının nüfuzunun zədələnəcəyini iddia edib.

Banco.az xəbər verir ki, Tramp jurnalistlərin Nobel Sülh Mükafatı ilə bağlı sualını cavablandırarkən Nobel Komitəsinin ona mükafat verəcəyinə inanmadığını deyib.

“Onların qərarının nə olacağını bilmirəm. Məlumdur ki, onlar bu mükafatı mənim kimi insanlara verməyə meylli deyillər. Mükafatı alsam da, almasam da, çox şeyə nail olmuşam. Düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olardı”, – Tramp bildirib.

ABŞ prezidenti indiyədək səkkiz müharibəyə son qoyduğunu iddia edib. O, keçmiş prezident Barak Obamanın heç nə etmədiyi halda Nobel Sülh Mükafatına layiq görüldüyünü, özünün isə buna layiq görülmədiyini deyib.

Tramp həmçinin ötən il Nobel Sülh Mükafatını qazanan Mariya Maçado ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, Maçado mükafatı ona təqdim edərək Trampın bu mükafata layiq olduğunu bildirib.

ABŞ prezidenti İranın nüvə silahı əldə etməsinin qarşısını aldığını da iddia edərək bunu mühüm nailiyyət adlandırıb. O, həmçinin başladığını bildirdiyi müharibələrə son qoyduğuna görə Nobel Sülh Mükafatına layiq görülməli olduğunu söyləyib.