Tramp Körfəz ölkələrindən 3 trilyon dollar qazandı | Banco.az

Tramp Körfəz ölkələrindən 3 trilyon dollar qazandı

Müəllif:Mehin Qasımova,Banco.az

Dünyanın yaxından izlədiyi Yaxın Şərq turu çərçivəsində Tramp mayın 13-16-da müvafiq olaraq Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-də olub.

Banco.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Səudiyyə Ərəbistanı, Qətər və BƏƏ-yə səfərini başa vurduqdan sonra ölkəsinə qayıdıb. Dəyəri 3 trilyon dolları aşan müqavilələrə imza atan Trampın səfəri zamanı verdiyi ən diqqət çəkən bəyanat Suriyaya qarşı sanksiyaların ləğvi oldu. 

Trampın iş dünyasından siyasətə keçən səfəri zamanı sərmayə, silah və müdafiə sazişləri ilə tarixə adını yazdırıb.

Üç günlük səfərindən sonra Tramp ölkəsinə təxminən 3,2 trilyon dollarlıq sövdələşmələrlə qayıdıb.

Trampın səfəri boyunca Türkiyənin İstanbulda ev sahibliyi edəcəyi Rusiya və Ukrayna arasında sülh danışıqları və Türkiyəyə səfərinin mümkünlüyü ilə bağlı verəcəyi mesajlar maraqla izlənilib. Tramp Rusiya-Ukrayna müharibəsini bitirmək üçün çalışdıqlarını və ən uyğun vaxtda Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyini vurğulayıb.