Tramp Hindistana əlavə 25 faiz tarif tətbiq edəcəyini açıqlayıb | Banco.az

Tramp Hindistana əlavə 25 faiz tarif tətbiq edəcəyini açıqlayıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Tramp Hindistana Rusiyadan neft almağa davam etdiyi üçün əlavə 25 faiz tarif tətbiq edəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Hindistanın Rusiyadan neft alımlarını davam etdirməsi səbəbilə Hindistandan idxal olunan mallara əlavə 25 faiz gömrük rüsumu tətbiq edir.

Ağ Evin rəsmi X hesabı olan "Rapid Response 47" tərəfindən paylaşılan məlumatda Trampın bu əlavə cəzanı tətbiq etmək üçün bir icra sərəncamı imzaladığı bildirilib.

"Rapid Response 47" paylaşımında belə deyilir:

“Prezident Donald J. Tramp Hindistanın Rusiya nefti alımını davam etdirməsinə cavab olaraq Hindistana qarşı əlavə 25 faiz gömrük rüsumu tətbiq edən bir ‘icra sərəncamı’ imzalayıb.”

Beləliklə, ABŞ-ın Hindistandan idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumu faizi 50-yə yüksəlib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram