Müəllif:Ayşən İmanova/Banco.az
ABŞ prezidenti Donald Tramp ölkənin kriptovalyuta sahəsində dünya liderinə çevrilməsi barədə fərman imzalayıb.
Banco.az xəbər verir ki, sənədin mətni Ağ Evin saytında dərc olunub.
Bildirilib ki, Trampın məqsədinə nail olmaq üçün rəqəmsal aktiv bazarları üzrə işçi qrupu yaradılacaq.
“Prezident Donald Tramp rəqəmsal maliyyə texnologiyalarının tənzimlənməsinə aydınlıq gətirmək və Amerikanın rəqəmsal aktivlər iqtisadiyyatında qlobal lider kimi mövqeyini təmin etmək üçün nəzərdə tutulmuş sərəncam imzalayıb”, - sənəddə deyilir.
Qeyd edilib ki, işçi qrupun koordinasiyasını Silikon Vadisindən olan məşhur sahibkar Devid Saks “Ağ Evin süni intellekt və kriptovalyuta çarı” (Ağ Evin saytında belə adlandırılır) həyata keçirəcək.