Tramp ABŞ-də kömür əsaslı elektrik istehsalına icazə verdi | Banco.az

Tramp ABŞ-də kömür əsaslı elektrik istehsalına icazə verdi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ prezidenti Donald Tramp administrasiyasına kömürdən yanacaq kimi istifadə etməklə elektrik istehsalına başlamaq üçün icazə verdiyini bildirib.

Banco.az xəbər verir ki, Ağ ev rəhbəri  bu barədə Truth Social-da yazıb.

“İllərcə ekoloji ekstremistlər, dəlilər, radikallar və quldurların əsirliyində qaldıqdan sonra, digər ölkələrə, xüsusən də Çinə yüzlərlə kömürlə işləyən elektrik stansiyası açmaqla bizim üzərimizdə böyük iqtisadi üstünlük əldə etməyə icazə verildiyi halda, mən administrasiyasıma dərhal gözəl, təmiz kömürdən enerji istehsalına başlamaq üçün icazə verirəm”,- ABŞ lideri qeyd edib.