"Toyota" ABŞ-a 912 milyon dollar sərmayə qoymağa hazırlaşır | Banco.az

"Toyota" ABŞ-a 912 milyon dollar sərmayə qoymağa hazırlaşır

Müəllif:Mehin Qasımova,Banco.az 

"Toyota" hibrid avtomobillərə sərmayə qoymağa davam edir.

Banco.az xəbər verir ki, avtomobil istehsalçısı ABŞ-ın beş fabrikinə 912 milyon dollar sərmayə qoyacağını açıqladı.

Bu investisiya xüsusilə hibrid avtomobil istehsalının artırılmasına yönəlib.

Avtomobil nəhəngi artan tələbatı ödəmək üçün hibrid avtomobillərin istehsalını genişləndirməyi planlaşdırır.