Müəllif: Tamara Mustafayeva, Banco.az
İlon Mask 2027-ci ildə Aya səyahət etməyi planlaşdırır.
Banco.az xəbər verir ki, Amerikanın “Wall Street Journal” (WSJ) qəzetinin mövzu ilə bağlı məlumatlı mənbələrə istinadla yaydığı xəbərə görə, Mask bu il Ay səfərini prioritet məsələ kimi dəyərləndirməyi planlaşdırır.
Xəbərdə bildirilir ki, “SpaceX” şirkəti investorlarına 2027-ci ilin mart ayında Aya eniş etməyi hədəflədiyini açıqlayıb. Bu plan çərçivəsində kosmos əsaslı süni intellekt məlumat mərkəzlərinin yaradılması məqsədilə “xAI” şirkətinin satın alınması ilə fəaliyyətini davam etdirəcəyini də onların diqqətinə çatdırıb.
Eyni məlumatda Mask davamlı Ay bazasının qurulmasını dəstəkləmək niyyətini ətraflı şəkildə investorlarla bölüşüb.
“NASA” bir neçə il əvvəl “SpaceX” ilə müqavilə imzalayaraq Ay orbitində agentliyə məxsus kosmik gəmi ilə birləşə bilən, astronavtları götürərək amerikalı ekipajı Ay səthinə endirə biləcək “Starship” kosmik aparatının hazırlanmasını nəzərdə tutmuşdu.
Mask daha əvvəl verdiyi açıqlamalarda isə “SpaceX” şirkətinin birbaşa Mars istiqamətində hərəkət edəcəyini bildirmişdi. Şirkət bundan əvvəl 2026-cı ilin sonlarında beş ədəd “Starship” kosmik gəmisini Marsa göndərməyi planlaşdırdığını açıqlamışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!
