Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edəcək | Banco.az

Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketi tətbiq edəcək

Müəllif:Mehin Qasımova,Banco.az

Avropa İttifaqı (Aİ) Rusiyanı hədəf alan yeni sanksiyalar paketi hazırlayıb. 

Banco.az xəbər verir ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen Rusiyaya qarşı hazırlanan 20-ci sanksiya paketinin təfərrüatları ilə bağlı açıqlamalar verib.

Von der Leyen bildirib ki, yeni sanksiyalar paketi enerji, maliyyə xidmətləri və ticarəti əhatə edir:

"Enerji ilə bağlı olaraq, biz Rusiya xam neftinə tamamilə dəniz xidməti qadağası tətbiq edirik. Bu, Rusiyanın enerji gəlirlərini daha da azaldacaq və neftlərinə alıcı tapmağı daha da çətinləşdirəcək".

Von der Leyen bildirib ki, Rusiyanın kölgə neft tanker donanmasının bir hissəsi kimi müəyyən edilmiş daha 43 gəmi siyahıya əlavə olunacaq və bununla da sanksiya tətbiq edilən gəmilərin ümumi sayı 640-a çatacaq.

Von der Leyen qeyd etdi ki, onlar Rusiyanın bank sistemini və alternativ ödəniş kanalları yaratmaq imkanlarını daha da məhdudlaşdırmaq üçün yeni tədbirlər görəcəklər.