Müəllif:Mehin Qasımova,Banco.az
Rusiyanın beynəlxalq ehtiyatları yanvar ayında əvvəlki aya nisbətən 10,43 faiz artaraq 833,5 milyard dollara çatıb.
Banco.az xəbər verir ki, Rusiya Mərkəzi Bankının açıqladığı məlumatlara görə, ölkənin beynəlxalq ehtiyatları 1 yanvarla müqayisədə 1 fevral tarixinə 10,43 faiz artaraq 833,5 milyard dollara çatıb.
Beynəlxalq ehtiyatlar Rusiya Mərkəzi Bankı və Rusiya hökuməti tərəfindən idarə olunan xarici valyuta, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.
Qərb ölkələri Ukraynadakı müharibə səbəbindən Rusiya Mərkəzi Bankının ehtiyatlarının təxminən yarısına çıxışı dondurulub.
Rusiya Mərkəzi Bankının beynəlxalq ehtiyatlarında qızılın payı 2024-cü ilin iyul ayında 29,8 faizə yüksələrək 2000-ci ilin fevral ayından bəri ən yüksək səviyyəyə çatıb.
