Tesla Çində FSD “avtopilot” sisteminin testlərinə başlayır | Banco.az

Tesla Çində FSD “avtopilot” sisteminin testlərinə başlayır

Müəllif - Fərid İslamov - Banco.az

 Tesla, 17 martdan 16 aprelədək Çində özünün Full Self-Driving (FSD, “avtopilot”) adlı avtonom idarəetmə sisteminin pulsuz sınaqlarını həyata keçirəcək. Bu barədə şirkətin saytında məlumat verilib.

Sistemi müasir sürücü yardım texnologiyaları və ən son naviqasiya xəritələri versiyası ilə təchiz edilmiş avtomobillərə malik sürücülər test edə biləcəklər.

Tesla eyni sınaqları ABŞ-da da həyata keçirib. Orada “avtopilot” sistemi ən son xəritə versiyalarını tələb etmir, çünki sistem süni intellektin öyrənməsi vasitəsilə daha yaxşı fəaliyyət göstərə bilir. Lakin Çində qanunvericilik səbəbindən bu cür təlimlər sistemi üçün mümkün deyil.

Şirkət, bu ili ərzində FSD-ni tam miqyasda istifadəyə vermək istəyirÇin şirkəti Baidu ilə əməkdaşlıq edərək sistemin işini təkmilləşdirməyə çalışır. Bu barədə Reuters məlumat verib.

Bununla belə, sistemin adı əksinə olsa da, hazırda bu texnologiya avtomobilləri tamamilə avtonom etmir və daimi nəzarət tələb edir.

Hazırda Çində 2 milyon Tesla elektrik avtomobili mövcuddur.