ABŞ 300 mindən çox vizanı ləğv etdi | Banco.az

ABŞ 300 mindən çox vizanı ləğv etdi

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ-də Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsindən bəri 300 mindən çox viza ləğv edilib.

Banco.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin konsulluq məsələləri üzrə dövlət katibinin köməkçisi Mora Namdar məlumat verib.

Namdar sosial şəbəkə hesabında vizaların ləğvi prosesinin davam etdiyini bildirib. Onun sözlərinə görə, ABŞ qanunlarına əməl etməyən şəxslər ölkəyə səfər etmək hüququnu itirə bilərlər.

Rəsmi həmçinin qeyd edib ki, viza sahibləri ABŞ qanunlarına riayət etməlidirlər.

Əks halda, onların vizaları ləğv oluna və ölkəyə giriş imkanları məhdudlaşdırıla bilər.