Tarixi razılaşma: Əczaçılıq sektorunda 400 milyard dollarlıq birləşmə gündəmdə | Banco.az

Tarixi razılaşma: Əczaçılıq sektorunda 400 milyard dollarlıq birləşmə gündəmdə

Müəllif: Gülnar Əhmədli, Banco.az

Financial Times-ın məlumatına görə, AstraZeneca və Bristol Myers Squibb son bir neçə ay ərzində mümkün birləşməni müzakirə edir.

Banco.az xəbər verir ki, AstraZeneca tərəflər arasında danışıqların aparıldığını təsdiqləsə də, prosesin detalları və razılaşmanın baş tutub-tutmayacağı barədə açıqlama verməyib.

Mümkün razılaşma reallaşarsa, yeni şirkətin bazar dəyərinin təxminən 400 milyard dollara çatacağı gözlənilir. Bu, əczaçılıq sənayesinin tarixində ən böyük birləşmələrdən biri ola bilər.

Xəbərin yayılmasından sonra AstraZeneca səhmləri London birjasında 6%-dən çox ucuzlaşıb, Bristol Myers Squibb səhmləri isə ABŞ-də birjadan əvvəlki ticarətdə bahalaşıb. Analitiklər bildirirlər ki, belə bir razılaşma müəyyən maliyyə üstünlükləri yaratsa da, AstraZeneca-nın bu qədər böyük bir birləşməyə ehtiyac duyub-duymadığı ilə bağlı suallar qalır.

Birləşmə AstraZeneca-nın ABŞ bazarındakı mövqeyini gücləndirə bilər. Bununla yanaşı, mümkün razılaşmanın həm ABŞ, həm də Böyük Britaniyanın tənzimləyici qurumları tərəfindən ciddi şəkildə araşdırılması gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram