Bu tarixdən Google Assistant bağlanır | Banco.az

Bu tarixdən Google Assistant bağlanır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Google 4 sentyabr 2026-cı ildən etibarən mobil cihazlarda Google Assistant xidmətini mərhələli şəkildə dayandıraraq.

Banco.az xəbər verir ki, bundan sonra onu Gemini süni intellekt köməkçisi əvəz edəcək.

Məlumata görə, bu barədə şirkətin istifadəçilərə göndərdiyi və sosial şəbəkələrdə yayılan elektron məktubda bildirilib.

Keçid prosesi 4 sentyabrdan sonra bir neçə həftə ərzində bütün istifadəçilər üçün tamamlanacaq. Bundan sonra Google Assistant artıq smartfon, planşet və qoşulmuş cihazlarda əlçatan olmayacaq. "Hey Google" əmri isə birbaşa Gemini-ı işə salacaq.

Gemini-dan istifadə etmək üçün Android cihazı minimum sistem tələblərinə cavab verməli və xidmət istifadəçinin yerləşdiyi regionda əlçatan olmalıdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram