Taksi istifadəçilərinin sayı cüzi azalıb | Banco.az

Taksi istifadəçilərinin sayı cüzi azalıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-may aylarında Azərbaycanda taksilərlə 32 753 min sərnişin daşınıb. 

Banco.az Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, illik müqayisədə 0,2% azdır.

Ötən ilin müvafiq dövründə taksilər 32 883 min nəfər sərnişin daşınmışdı. 

Qeyd edək ki, bu ilin yanvar-may aylarında avtomobil nəqliyyatı ilə ümumilikdə 750 386,2 min sərnişin daşınıb. Bunun da 717 633,1 min nəfəri avtobus nəqliyyatının payına düşüb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram