Süni intellekt texnologiyaları gənclərin məşğulluğunu azaldır | Banco.az

Süni intellekt texnologiyaları gənclərin məşğulluğunu azaldır

Müəllif: Gülnar Əhmədli, Banco.az

Dünya İqtisadi Forumu və PwC-nin iyun hesabatına görə, 22–25 yaşlı amerikalılar arasında süni intellektin təsir etdiyi peşələrdə məşğulluq səviyyəsi 2022-ci ilin sonundan bəri 16% azalıb.

Banco.az xəbər verir ki, qlobal miqyasda gənc işçi qüvvəsinin 37%-i texnoloji transformasiyalardan orta və ya yüksək səviyyədə təsirlənir.

Şirkətlər tədqiqat, məlumatların təhlili, sənəd hazırlanması və inzibati işlər kimi giriş səviyyəli vəzifələri getdikcə daha çox süni intellekt sistemlərinə həvalə edir. Bu isə yeni məzunların təcrübə qazanmaq və peşəkar bacarıqlarını inkişaf etdirmək imkanlarını məhdudlaşdırır.

PwC-nin 48 ölkədə 9 min giriş səviyyəli işçi arasında keçirdiyi sorğuya əsasən, respondentlərin 68%-i süni intellektin məhsuldarlığı artırdığını, 45%-i isə bu texnologiya səbəbindən daha uzun saatlar işlədiyini bildirib. Dünya İqtisadi Forumu hesab edir ki, giriş səviyyəli işlərin avtomatlaşdırılması gələcəyin rəhbər kadrlarının hazırlanması baxımından əsas çağırışlardan birinə çevrilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram