"SoftBank" və "Google" kvant startapına 230 milyon dollar sərmayə qoyacaq | Banco.az

"SoftBank" və "Google" kvant startapına 230 milyon dollar sərmayə qoyacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

“SoftBank” və “Google” Bostonda yerləşən “QuEra” kvant startapına 230 milyon dollar vəsait ayırıb.

Banco.az xəbər verir ki, Boston mərkəzli kvant hesablama şirkəti “QuEra” “SoftBank” və “Google”dan aldığı 230 milyon dollar ilə yeni maliyyələşmə turunu tamamladığını elan edib.

Şirkət bu vəsaiti qarşıdakı üç-beş il ərzində tam funksional kvant kompüter quraraq növbəti inkişaf mərhələsini gücləndirmək üçün istifadə edəcək.

“QuEra”nın baş direktoru (CEO) Endi Ori maliyyələşmə turunun şirkətin bir sıra texniki çətinlikləri uğurla həll etməsindən sonra cəmi bir neçə həftə ərzində tamamlandığını bildirib. Bu irəliləyiş investorların marağını cəlb edərək maliyyə dəstəyinə səbəb olub. Bununla belə, şirkətin məlumatına görə, ümumi maliyyələşmənin 60 milyon dollarlıq hissəsi hələ də gözləmə mərhələsindədir və “QuEra” müəyyən texniki hədəflərə çatdıqdan sonra ödəniləcək. Endi Ori növbəti səhmlər üzrə maliyyələşmə turunun nə vaxt baş tutacağı barədə məlumat paylaşmayıb.

“QuEra”nın baş əməliyyat direktoru (COO) Yuval Boger bu maliyyələşmənin şirkətin əvvəlki investisiya turu ilə müqayisədə əhəmiyyətli dərəcədə artım göstərdiyini bildirib. Xatırladaq ki, şirkət əvvəlki maliyyələşmə turunda cəmi 17 milyon dollar toplamışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram