"Silkway Travel"-a yeni direktor təyin edilib | Banco.az

"Silkway Travel"-a yeni direktor təyin edilib

"Silkway Travel" MMC-yə yeni direktor təyin edilib.

Şirkətdən verilən məlumata görə, bu, Niyazi Həsənovdur.

O, yeni vəzifəsində ötən ayın əvvəlində vəfat etmiş Şirzad Əfəndiyevi əvəz edib.

Xatırladaq ki, "Silkway Travel" 2008-ci ildən "Silkway Holding" MMC-nin tərkibində fəaliyyət göstərir. Şirkət "Azərbaycan Hava Yolları" QSC-nin aviabilet satışı üzrə eksklüziv agentidir.

Mənbə: Report.az