Müəllif - Fərid İslamov - Banco.az
Enerji şirkəti Shell Şotlandiya sahillərində iki külək elektrik stansiyasının inşasını nəzərdə tutan iki layihədən çıxıb.
Şirkət bu layihələri Spanish Iberdrola SA-ya məxsus ScottishPower Renewables şirkəti ilə birgə həyata keçirirdi. Layihələr CampionWind və MarramWind adlanır. Shell hər iki sahə üzrə icarə hüququnu 2022-ci ildə əldə etmişdi.
Səhmlərin dəyişdirilməsi nəticəsində Shell CampionWind layihəsinin yeganə sahibi olmuşdu. Lakin indi şirkət bu layihə üçün ayrılmış ərazini dövlət şirkəti olan Crown Estate Scotland-a geri qaytardığını bildirib.
ScottishPower Renewables isə açıqlayıb ki, o, 3 gigavat gücündə daha iri layihə olan MarramWind-in inkişafını davam etdirməyi planlaşdırır.
