Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-nin cari əməliyyatlar kəsiri birinci rübdə 2,6 faiz artıb.
Banco.az xəbər verir ki, ABŞ Ticarət Nazirliyi yanvar–mart dövrünə dair cari əməliyyatlar balansının göstəricilərini açıqlayıb.
Məlumata görə, ölkənin cari əməliyyatlar kəsiri bu ilin birinci rübündə əvvəlki rüblə müqayisədə 2,6 faiz artaraq 226,8 milyard dollara yüksəlib.
Bazar iştirakçıları həmin dövrdə cari kəsirin 212 milyard dollar olacağını gözləyirdilər.
ABŞ-də ötən ilin dördüncü rübünə dair cari əməliyyatlar kəsiri göstəricisi isə 190,7 milyard dollardan 221,1 milyard dollara korrektə edilib.
Cari kəsirin ümumi daxili məhsula (ÜDM) nisbəti ilin birinci rübündə 2,9 faiz səviyyəsində hesablanıb.
Bu göstərici ötən ilin son rübündə 2,8 faiz təşkil etmişdi.
Cari əməliyyatlar kəsirinin artmasına əsas səbəb ilkin gəlirlər balansının ötən ilin son rübündə profisit vəziyyətində olmasına baxmayaraq, bu ilin birinci rübündə kəsir vəziyyətinə keçməsi olub. Bunun təsiri mal ticarəti üzrə kəsirin azalması hesabına qismən kompensasiya edilib.
Bizi sosial şəbəkələrdən izləyin!!
