Rusiya yanacaqla bağlı yeni qaydalar tətbiq edir | Banco.az

Rusiya yanacaqla bağlı yeni qaydalar tətbiq edir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya yanacaqla bağlı yeni qaydalar tətbiq edir.

Banco.az xəbər verir ki, Rusiya parlamentinin rəsmi internet səhifəsində yer alan məlumata görə, Dövlət Dumasında keçirilən iclasda ölkənin vergi qanunvericiliyinə dəyişiklikləri nəzərdə tutan düzəlişlər təsdiqlənib.

Beləliklə, yeni qaydalara əsasən, aşağı keyfiyyətli yanacaq komponentlərinin birbaşa distillə olunmuş benzinlə qarışdırılması yolu ilə yüksək oktanlı benzin istehsalına icazə verilib. Bu fəaliyyətin istehsal prosesi və aksiz vergisi çərçivəsində qiymətləndirilməsi nəzərdə tutulur. Neft xammalının emalına dair sənədə malik şirkətlər isə qarışdırma üsulu ilə istehsal etdikləri benzin üçün aksiz vergisi güzəştlərindən yararlana biləcəklər.

Dəyişikliklərlə yanaşı, neft emalı zavodlarına bəzi modernləşdirmə layihələri üçün verilən müddət də uzadılıb və bununla şirkətlərin mövcud vergi üstünlüklərini qoruyub saxlamasına imkan yaradılıb.

Rusiyanın maliyyə nazirinin müavini Aleksey Sazanov bildirib ki, bu tənzimləmənin məqsədi daxili bazarda vəziyyəti sabitləşdirmək, həm yerli istehsal, həm də idxal hesabına yanacaq təchizatını artırmaqdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram