Müəllif: Tamara Mustafayeva, Banco.az
“Samsung Electronics” “Tesla” ilə 16,5 milyard dollarlıq müqavilə imzalayıb.
Banco.az xəbər verir ki, Cənubi Koreyanın ən böyük şirkəti olan “Samsung” bazar ertəsi günü verdiyi açıqlamada 2033-cü ilin sonuna qədər davam edəcək və dəyəri 22,8 trilyon von (təxminən 16,5 milyard dollar) olan çip istehsalı müqaviləsi imzaladığını bildirib. Məsələyə yaxın və məlumatlar ictimaiyyətə açıq olmadığı üçün adının açıqlanmasını istəməyən mənbəyə görə, bu müştəri “Tesla”dır.
“Samsung”un Seul birjasında ticarət olunan səhmləri təxminən 3,5% artaraq son dörd həftənin ən yüksək günlük artımını göstərib.
Musk təsdiqləyib
“Tesla”nın baş direktoru İlon Mask daha sonra “Samsung”un “Tesla” üçün çip istehsal edəcəyini təsdiqləyib.
Mask bildirib: “Samsung-un Texasdakı nəhəng yeni fabriki Tesla-nın yeni nəsil AI6 çipinin istehsalına həsr olunacaq. Bu layihənin strateji əhəmiyyətini qiymətləndirməmək mümkün deyil. Hal-hazırda Samsung AI4 çipini istehsal edir. TSMC isə yeni tamamladığı AI5 çipinin istehsalına əvvəlcə Tayvanda, sonra isə Arizonada başlayacaq.”
Bizi sosial şəbəkələrdən izləyin!!