Rusiyadan Azərbaycana araq ixracı 42 faiz artıb | Banco.az

Rusiyadan Azərbaycana araq ixracı 42 faiz artıb

Müəllif:Mehin Qasımova,Banco.az

Rusiyadan Azərbaycana araq ixracı kəskin artıb.

Banco.az xəbər verir ki, bu barədə Aqroexport federal mərkəzi bildirib.

Hesabata görə, 2026-cı ilin ilk dörd ayında Rusiya Azərbaycana 2,2 milyon dollardan çox dəyərində 900 tondan çox araq ixrac edib. Keçən ilin eyni dövrü ilə müqayisədə ixrac çəki baxımından 42%, dəyər baxımından isə 55% artıb.

Bu, ən azı son 10 ildə təqvim ilinin ilk dörd ayında Azərbaycana ən yüksək araq ixracı göstəricisidir.

Həmçinin bildirilir ki, Azərbaycan Rusiyadan ən çox araq idxal edən ölkələrin siyahısında Qazaxıstandan (3,6 milyon dollar) sonra ikinci yerdə və Gürcüstandan (1,7 milyon dollar) öndədir.