Rusiya Türkiyədən pomidor idxal kvotasını artırmağa hazırlaşır | Banco.az

Rusiya Türkiyədən pomidor idxal kvotasını artırmağa hazırlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

Rusiya Türkiyədən pomidor idxal kvotasını artırmağa hazırlaşır.

Banco.az xəbər verir ki, “Bloomberg News”un “İnterfaks”a istinadən yaydığı xəbərə görə, Rusiya Kənd Təsərrüfatı Nazirliyi tənzimləmə ilə bağlı qanun layihəsi təqdim edib. Xəbərdə bildirilir ki, layihə Rusiyanın Türkiyədən idxal etdiyi pomidor üçün müəyyən edilmiş kvotanın 100 min ton artırılaraq 600 min tona çatdırılmasını nəzərdə tutur.

Rusiya 2015-ci ilin payızında Suriyada Rusiya hərbi təyyarəsinin vurulması ilə bağlı baş verən hadisədən sonra Türkiyədən pomidor tədarükünə kvota tətbiq etməyə başlamışdı. Rusiya 2016-cı il yanvarın 1-dən etibarən Türkiyədən tərəvəz və meyvə idxalını tamamilə qadağan etmişdi. Uzun sürən danışıqlardan sonra pomidor tədarükü 2017-ci il noyabrın 1-dən yenidən bərpa olunmuşdu.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram