Rəsmi gəliri olmayan şəxslərə niyə kredit verilmir? | Banco.az

Rəsmi gəliri olmayan şəxslərə niyə kredit verilmir?

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kredit götürən zaman bankın ilk tələblərindən biri rəsmi gəlirin olmasıdır. Vətəndaşın gəliri yüksək olsa da, rəsmi olmadığı üçün kredit alan zaman çətinlik çəkir. Bu zaman vətəndaş digər üsullara üz tutur (lombard, girov əsaslı kreditlər və s.) Bunun səbəbi nədir, niyə rəsmi gəliri olmayan şəxs kredit ala bilmir?

Mövzu ilə bağlı iqtisadçı Rauf Qarayev Banco.az-a danışıb.

İqtisadçının sözlərinə görə, səbəb odur ki, rəsmi gəliri olmadan vətəndaşın gəlirini tam müəyyən etmək olmur. Bundan əlavə kredit vaxtında qaytarılmadıqda onu geri almaq çətin olur: "Məhkəməyə vermək və sair prosedurlar uzun çəkən məsələlərdir. Digər amil onunla bağlıdır ki, Mərkəzi Bankda bununla bağlı yəni vətəndaşlara verilən istehlak kreditlərin də həcmini azaldıb və daha çox banklara biznes krediti ilə dəstək olur. Misal üçün illər əvvəl gəlir müəyyən edilmədən kredit hər kəsə verilirdi. Bu zaman yaşayış minimumu belə nəzərə alınmırdı. Halbuki, adi  məntiqlə yanaşsaq, vətəndaşın aylıq minimum tələbləri var və o nəzərə alınmalıdır, qalan vəsaitə uyğun kredit verilməlidir. Vətəndaşa fərq etmir, kredit verirlərsə, nə yolla olursa da onu götürür. Bank sahibləri bunu düşünməlidir. Aydındır ki, bank da gəlir əldə etmək istəyir. Amma bunu elə etməlidir ki, sonra problemli kreditləri artmasın".

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram