Kotirovkanın adı: “Nizami filialının yüngül təmir və yenilənmə işləri”
Kotirovkanın elan tarixi: 10.03.2026
Kotirovkanın son tarixi: 16.03.2026, saat 13:00.
Kotirovkanın qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
- İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)
- İşin icra müddəti qeyd edilməsi mütləqdir
- Tikinti işləri ilə əlaqədar lisenziyanın olması
- Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu
- Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
- Qiymət vergi daxil göstərilməlidir (ƏDV və ya sadələşdirilmiş vergi olmasından asılı olmayaraq)
- İştirakçının dövlət qeydiyyatından keçmiş və vergi ödəyicisi olması
- Materialların və avadanlıqların markasının, modelinin, istehsalçı ölkəsinin təklifdə qeyd olunması
- İcra müddətinin təklifdə göstərilməsi mütləqdir.
Kotirovkada iştirak etmək üçün təqdim edilməli sənədlər:
- Kotirovka təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
- Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
- Məxfilik müqaviləsi (Kotirovkada iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
- Kotirovka təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
- Şirkətin son 1 ildəki rəsmi maliyyə hesabatı
- Şirkətin son 1 ildəki vergi borcunun olmaması haqqında rəsmi arayış
- Təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç.71) ünvanına göndərilməlidir.
- Kotirovkada iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya (+99451) 271 48 48 nömrəsinə müraciət edə bilərlər.
