Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb | Banco.az

Ani Ödənişlər Sistemi ilə əməliyyatların ümumi dəyəri 90 %-dən çox artıb

​​2025-ci ildə Ani Ödənişlər Sistemi (AÖS) vasitəsilə 10 milyon sayda 2,6 milyard manatlıq əməliyyat aparılıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB)  xəbər verir.

Məlumata görə, bu, 2024-cü illə müqayisədə müvafiq olaraq 12,5 dəfə çox və 90,1 % çoxdur.

Azərbaycan Mərkəzi Bankı (AMB) AÖS-i 2020-ci ildə real vaxt rejimində istifadəyə verib. Sistem "2018–2020-ci illərdə rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı" çərçivəsində yaradılıb. Onunla göndərilən vəsait 5-10 saniyə ərzində qarşı tərəfin hesabına oturur.

Ötən il AMB "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası"nın icrası istiqamətində "Açıq bankçılıq yanaşmasının tətbiqinin sürətləndirilməsi" və "Müştərilərin rəqəmsal kanallarla eyniləşdirilməsi prosesinin təkmilləşdirilməsi" tədbirlərini davam etdirib.