Müəllif: Tamara Mustafayeva, Banco.az
Aİ SAFE müdafiə fondunun ödənişləri üçün son tarix müəyyən edib.
Banco.az xəbər verir ki, Avropa İttifaqı (Aİ) Komissiyası bildirib ki, Aİ-nin “Avropa Təhlükəsizlik Fəaliyyəti (SAFE)” birgə müdafiə maliyyələşdirmə proqramı çərçivəsində milli planları təsdiqlənmiş 16 üzv ölkəyə ilk ödənişlərin aprel ayında həyata keçirilməsi gözlənilir.
Aİ Komissiyasının sözçüsü Tomas Renye Brüsseldə keçirilən gündəlik mətbuat konfransında təsdiq prosesi başa çatan 16 ölkə ilə bağlı açıqlama verib.
Renye bildirib ki, hər bir plan çərçivəsində müvafiq üzv ölkənin Komissiya ilə maliyyələşdirmə sazişi imzalaması zəruridir və bu proses başa çatdıqdan sonra ödənişlər həyata keçiriləcək.
O qeyd edib ki, sözügedən 16 ölkəyə ödəniş prosesinin böyük ehtimalla bu ilin aprel ayında başlanacağı gözlənilir və vəsaitlərin köçürülməsi üçün qısa müddət də gözləmək lazım gələcək.
Digər tərəfdən, Renye hələ təsdiqlənməmiş Çexiya, Macarıstan və Fransanın müdafiə planlarının ayrıca şəkildə qiymətləndirildiyini bildirib.
O vurğulayıb ki, bu üç plan arasında birbaşa əlaqə yoxdur və hər bir sənəd müvafiq üzv dövlətlə ayrı-ayrılıqda nəzərdən keçirilir; prosesin isə mümkün qədər sürətli şəkildə irəlilədilməsi üçün səylər göstərilir.
Bizi sosial şəbəkələrdən izləyin!!
