Müəllif: Tamara Mustafayeva, Banco.az
Hollivud qlobal əyləncə sənayesini yenidən formalaşdıracaq tarixi bir razılaşmaya şahid olub.
Banco.az xəbər verir ki, “Netflix” “Warner Bros. Discovery” (WBD) ilə “Warner Bros.” film və televiziya studiyalarını, “HBO Max”ı və “HBO”nu öz tərkibinə qatmaq üçün qəti bir anlaşma əldə edib.
Ümumi müəssisə dəyəri təxminən 82,7 milyard dollar, öz kapital dəyəri isə 72 milyard dollar olaraq müəyyən edilən bu nəhəng satınalma, WBD-nin qlobal şəbəkələr bölməsinin (Discovery Global) ayrıca birjada ticarət olunan şirkət kimi ayrılmasından sonra həyata keçiriləcək.
Nağd və səhmdən ibarət olan sövdələşmə şərtlərinə əsasən, hər bir WBD səhmdarına razılaşma tamamlandığı anda hər səhm üçün 23,25 dollar nağd pul və təxminən 4,50 dollar dəyərində “Netflix” səhmi veriləcəyi gözlənilir.
Bu strateji addım “Netflix”in yenilikçi yayımlama gücünü Warner Bros.-un yüzillik hekayəçilik irsi ilə eyni çətir altında birləşdirir.
Razılaşma tamamlandıqdan sonra “Game of Thrones”, “Harry Potter”, “The Sopranos”, “The Wizard of Oz”, “DC Universe” kimi ikonlaşmış əsərlər, eləcə də “Friends” və “The Big Bang Theory” kimi sevilən seriallar; Netflix-in “Stranger Things”, “Squid Game”, “La Casa de Papel” (Money Heist), “Bridgerton” kimi məşhur kontenti ilə birlikdə geniş portfelinə əlavə olunacaq.
Bizi sosial şəbəkələrdən izləyin!!
