Müəllif: Gülnar Əhmədli, Banco.az
2025-ci ilin Qlobal Qadın Avtomobili mükafatları açıqlanıb. Dünyanın müxtəlif yerlərindən olan qadın avtomobil jurnalistlərinin səsverməsi ilə müəyyən edilən nüfuzlu mükafat xanım sürücülər üçün ən çox bəyənilən və ən uğurlu avtomobil modellərini açıqlayıb.
Qadın avtomobil jurnalistlərinin dizayn, təhlükəsizlik, komfort və performans kimi meyarlar nəzərə alınmaqla apardıqları qiymətləndirmə nəticəsində müxtəlif kateqoriyalar üzrə ilin ən yaxşı avtomobilləri seçilib.
"MINI Cooper" şəhər avtomobili kateqoriyasında,
"KIA EV3" yığcam SUV sinfində,
"Audi A6" e-tron iri avtomobil seqmentində,
"Hyundai Santa Fe" böyük yolsuzluq avtomobili kateqoriyasında,
"Toyota Land Cruiser" 4x4 sinfində,
"Porsche Panamera" performans avtomobili kateqoriyasında mükafata layiq görülüb.
Bu mükafat avtomobil sənayesində qadın istehlakçıların üstünlüklərini və gözləntilərini əks etdirən mühüm mükafat kimi tanınır. Avtomobillər geniş salondan tutmuş sürücülük təhlükəsizliyinə, texnoloji avadanlıqdan ətraf mühitə təsirə qədər bir çox meyarlar nəzərə alınmaqla qiymətləndirilir.
Belə mükafatlar avtomobil istehsalçılarına qadın sürücülərin gözləntilərinə daha çox diqqət yetirməyə imkan verir, eyni zamanda sektordakı müxtəlifliyə və müxtəlif istifadəçi qruplarının ehtiyaclarına töhfə verir.
Bizi sosial şəbəkələrdən izləyin!!