Tramp: "Ay bizimdir" | Banco.az

Tramp: "Ay bizimdir"

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ Prezidenti Donald Tramp  gözlənilməz paylaşımı ilə gündəmə gəlib.

O, “Truth Social” hesabında üzərində Amerika bayrağının əks olunduğu Ay şəklini paylaşaraq “Ay bizimdir” ifadəsini yazıb.

Banco.az xəbər verir ki, Trampın paylaşımı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. İstifadəçilər açıqlamanın məhz indi verilməsinin səbəbini müzakirə edərkən, bəzi ekspertlər bunu ABŞ-ın Çinlə kosmik rəqabətinə dair siyasi mesaj kimi qiymətləndirirlər.

ABŞ administrasiyasının Ayla bağlı daha geniş planları da var. Vaşinqton 2030-cu ilə qədər Ayda daimi baza yaratmaq və onu enerji ilə təmin etmək üçün nüvə reaktorundan istifadə etmək imkanlarını nəzərdən keçirir.

Ayın su buzları və Helium-3 kimi potensial resursları da gələcəkdə kosmik güclər arasında rəqabətin əsas istiqamətlərindən biri hesab olunur.

Bununla belə, Trampın “Ay bizimdir” ifadəsinin hüquqi əsası yoxdur. 1967-ci il Kosmik Müqaviləsinə əsasən, Ay və digər səma cisimləri heç bir dövlət tərəfindən milli ərazi və ya mülkiyyət kimi mənimsənilə bilməz.