Polşa ABŞ silahlarına 65 milyard dollar xərcləyib | Banco.az

Polşa ABŞ silahlarına 65 milyard dollar xərcləyib

Müəllif:Mehin Qasımova,Banco.az

Polşa indiyədək ABŞ istehsalı olan silah və hərbi texnikanın alınmasına təxminən 65 milyard dollar xərcləyib.

Banco.az xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu məbləğə ABŞ-dan alınan hərbi texnika ilə yanaşı, həmin sistemlərin istismarı üçün zəruri olan xidmət və infrastruktur layihələri də daxildir.

Tomçik qeyd edib ki, Polşa yaxın illərdə müdafiə sahəsinə yatırımlarını daha da artırmağı planlaşdırır.

"İndiyədək Amerika hərbi texnikasının alınmasına və müvafiq infrastrukturun yaradılmasına təxminən 65 milyard dollar xərcləmişik. Növbəti illərdə isə bu məqsədlə təxminən 150 milyard dollar əlavə vəsait sərf etməyi planlaşdırırıq", – deyə nazir müavini bildirib.

Polşa son illərdə təhlükəsizlik siyasəti çərçivəsində müdafiə xərclərini artıraraq ABŞ istehsalı olan müasir silah sistemlərinin əsas alıcılarından birinə çevrilib.