Müəllif: Gülnar Əhmədli, Banco.az
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycana 80 milyon 89 min ABŞ dolları dəyərində mebel və hissələri idxal olunub.
Banco.az xəbər verir ki, ölkənin idxal etdiyi mebel məhsullarının dəyəri 2025-ci ilin eyni dövrü ilə müqayisədə 19 milyon 602 min dollar və ya 19,7% azalıb.
Ötən ilin ilk 8 ayında ölkəyə 99 milyon 691 min dollar dəyərində mebel məhsulları idxal olunub.
Qeyd edək ki, ilk 8 ayda bu kateqoriyadan olan məhsulların idxalda xüsusi çəkisi 0.7% bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!
